
Bakı. Trend:
2026-cı ilin sonunda uşaqların 95 faizinin peyvənd olunması
təsbit olunub. Uşaqlar arasında ölüm hallarının qarşısının alınması
məqsədilə vəsaitin artırılması mühüm əhəmiyyət kəsb edir.
Trend xəbər
verir ki, bunu bu gün səhiyyə naziri Teymur Musayev Milli Məclisin
bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.
O bildirib ki, donor sayının ildən-ilə artması, qan torbaları,
istilik alətləri, analiz və digər vacib elementlərin alınması ilə
bağlı olaraq vəsaitin artırılması mühüm əhəmiyyət kəsb edir:
“Talassemiya ilə mübarizə tədbirlərinə 2025-ci illə müqayisədə
gələn il 1,4 milyard manat maliyyə ayrılması nzəıərdə tutulur.
Sümük iliyinin transplantasiyasına ehtiyacı olan şəxslərin
respublikadan kənarda olan şəxslərin müalicələrin aparılması 5
milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. 2026-cı il üçün
Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait nəzərdə tutulub”.

