Bakı. Trend:
Belçikanın müdafiə naziri Teo Franken ölkə ərazisində naməlum
pilotsuz uçuş aparatlarının müşahidə olunması hallarının artması
səbəbindən NATO-nun 4-cü maddəsini işə salmaq niyyəti barədə
açıqlama verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Teo Franken çox ciddi hadisələrin
baş verdiyini bildirib.
Qeyd edək ki, NATO-nun 4-cü maddəsi alyans üzvləri arasında
təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin başlanmasını
nəzərdə tutur.
Nazirin sözlərinə görə, baş verənlər təhlükəsizliklə bağlı çox
ciddi narahatlıq doğurur və alyans çərçivəsində bu məsələ üzrə
təcili müzakirələr aparılmalıdır.

