Albaniyanın Dürres şəhərində keçirilmiş Avropa birinciliyində uğurlu çıxış edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar.
“Report”un məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman həvəskarları, yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Ravin Alməmmədov (79 kq) birdən qaldırmada bürünc, təkanla qaldırmada qızıl medal qazanıb. O, toplamda Avropa birinciliyinin qalibi olub.
Birdən və təkanla qaldırma hərəkətlərinin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov (64 kq) toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

