2026-cı ildə 170 minədək şəxsin işə düzəlməsinə dəstək veriləcək – Nazir

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə İcbari Sığorta Fondunun vəsaiti hesabına 450 minə
yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması
gözlənilir.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və
sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.




Nazir xatırladıb ki, 2025-ci ilin 10 ayında məşğulluq orqanları
tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxslər işlə təmin
edilib.

“2026-cı ildə isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək
veriləcəyi gözlənilir”, – deyə o vurğulayıb.