
Bakı. Trend:
2026-cı ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və
Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək
maliyyələşdirilməsinə Fonddan ayrılan vəsait 50,0 mln. manat
məbləğində proqnozlaşdırılıb.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət
komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial
müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz
əksini tapıb.
Müvafiq banklarla bağlanmış satınalma-müqavilə şərtlərinə uyğun
olaraq pensiya və müavinətlərin benefisiarlara çatdırılması üzrə
xidmət haqqı aparılmış maliyyə əməliyyatlarının 0,5 faizi qədər
müəyyən edilib. Fondun 2026-cı il üzrə əhaliyə ödənişlər üzrə
xərcləri 8196,45 mln. manat həcmində gözlənildiyindən pensiya və
müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının
aparılması üzrə xidmət haqqı xərcləri 40,98 mln. manat
(8196,45*0,5%) məbləğində proqnozlaşdırılıb.

