Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaqlar

Baş səhifə
Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaqlar

Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını bu gün keçirəcəklər.

“Report”un məlumatına görə, I qrupunda mübarizə aparan “Neftçi” IV turda Polşanın “Trefl” komandasını qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qrupun digər görüşündə “Abşeron Lions” Estoniyada “Kalev”in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, “Trefl” 6 xalla liderdir. “Neftçi” 5 xalla ikinci, “Kalev” 4 xalla üçüncü, “Abşeron Lions” isə 3 xalla dördüncü sırada qərarlaşıb.