Bakı. Trend:
ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində yük təyyarəsinin
qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Trend xəbər verir ki, qəza
zamanı böyük yanğın baş verib.
Federal Aviasiya Administrasiyasının məlumatına əsasən, təyyarə
Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının
Honolulu şəhərinə yola düşmək üçün havaya qalxıb.

