
Bakı. Trend:
Biləcəridə ağır yol qəzası baş verib.
Trend xəbər verir ki, 202
saylı avtobus idarəetməni itirərək gül dükanına çırpılıb. Qəza
nəticəsində bir neçə avtomobilə zərər dəyib. Hadisə zamanı xəsarət
alanların olduğu bildirilir.
Hadisə axşam saatlarında baş verib.
Hazırda əraziyə polis və təcili yardım briqadaları cəlb
olunub.

