Bu həftədən başlayaraq 4 gün ardıcıl iş olmayacaq

Baş səhifə

Bakı. Trend:

Bu həftəsonundan başlayaraq Zəfər Günü və Dövlət Bayrağı Günü
ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

Trend xəbər
verir ki, 8 Noyabr – Zəfər Günü şənbə, 9 Noyabr Dövlət Bayrağı Günü
isə bazar gününə təsadüf edir.




Qanunvericiliyə əsasən, həftələrarası istirahət günləri və iş
günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin
istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə
keçirilir.

Bununla da, noyabrın 8, 9, 10 və 11-i qeyri-iş günləri hesab
olunacaq.