
Azərbaycanın FIFA referisi Əliyev Ağayev UEFA-dan təyinat alıb.
“Report”un məlumatına görə, o, Çexiyada yerli “Slaviya” və İngiltərənin “Arsenal” komandalarının arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.
Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Slaviya” – “Arsenal” oyunu noyabrın 4-də keçiriləcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


