
Bakı. Trend:
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı
Kişinyovda keçirilən U-23 Avropa çempionatında qızıl medal
qazanıb.
Trend xəbər verir
ki, idmançımız final görüşündə Polşa təmsilçisi Yakub Sordili
məğlub edərək Avropa çempionu tituluna yiyələnib.
Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel
Parlatiyə uduzaraq gümüş medal qazanıb.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq)
üçüncü yer uğrunda qarşılaşıblar. Bu görüşdə Kotsoyev qalib gələrək
bürünc medalın sahibi olub.
Qeyd edək ki, yarışın əvvəlki günündə Azərbaycan cüdoçusu İslam
Rəhimov (66 kq) da Avropa çempionu adını qazanmışdı.

