
Bakı. Trend:
Cari ilin yanvar- sentyabr ayları ərzində Azərbaycandan
Ukraynaya 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları
ixrac edilib.
Trend bu barədə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac
icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 67 milyon ABŞ dolları və ya 83,4 faiz çoxdur.
Təkcə sentyabr ayında Azərbaycandan həmin ölkəyə 15,5 milyon ABŞ
dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da
2024-cü ilin sentyabrı ilə müqayisədə 7 milyon dollar və ya 1,8
dəfə çoxdur.

