Rusiya Azərbaycandan qeyri-neft məhsulları alışını 4%-dən çox artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 878,9
milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac
edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
35,2 milyon ABŞ dolları və ya 4,2% çoxdur.




Təkcə sentyabrda isə Azərbaycandan sözügedən ölkəyə 64,8 milyon
ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu isə
2024-cü ilin eyni ayı ilə müqayisədə 826,9 milyon ABŞ dolları və ya
29,3% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil
edib.