Böyük Britaniyanın Donkaster şəhəri yaxınlığında baş verən helikopter qəzasında 70 yaşlı kişi ölüb.
“Report”un məlumatına görə, bu barədə “Sky News” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, o, ağır xəsarətlər alıb və tibb personalının bütün səylərinə baxmayaraq, hadisə yerində ölüb.
“Pilot, 41 yaşlı kişi və digər iki sərnişin – 58 yaşlı qadın və 10 yaşlı oğlan yüngül xəsarətlər alıblar”, – telekanal qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

