
Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru
Rafael Qrossi tezliklə Fars körfəzi bölgəsinə səfər etmək
niyyətində olduğunu açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə Rafael Qrossi Birləşmiş Ərəb
Əmirliklərindəki “Baraka” atom elektrik stansiyasına endirilən
zərbələrlə əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında
bildirib.
“Son bir neçə gün ərzində Fars körfəzindəki liderlərlə əlaqə
saxladım və həyəcan və narahatlıq hiss edirəm. BAEA-nin necə kömək
edə biləcəyini müzakirə edirəm. Keçən ildən bəri BAEA fövqəladə
hallara hazırlıq və cavab vermə imkanları barədə məlumat toplayır,
təhlil edir və qiymətləndirir. Bu vacib birgə işi davam etdirmək
üçün tezliklə Körfəz bölgəsinə gedəcəyəm”, – deyə o bildirib.

