Tovuzda bağçada uşağın döyülməsi ilə bağlı yayılan görüntülər 2 il əvvələ aitdir – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2
nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz
davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb. Araşdırma
nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş
verdiyi məlum olub.

Bildiririk ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi
halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan
sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən
azad edilib.

Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə
cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün
prioritet istiqamətlərdəndir. Uşaqlara qarşı uyğunsuz davranışlar
qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik.




Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq
məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər
görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu
istiqamətdə zəruri maarifləndirmə işləri görülür.