Türkiyənin Avropa İttifaqına tam üzvlük hədəfində qətiyyətliyik – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Türkiyəyə
səfərdə olan Almaniya kansleri Fridrix Mertz arasındakı qapalı
görüş başa çatıb.

Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, görüşdən sonra iki lider birgə
mətbuat konfransında açıqlamalar veriblər.

Ərdoğan Almaniya Kansleri Merz ilə görüşündə beynəlxalq və
regional məsələlərin, eləcə də Türkiyə-AB münasibətlərinin müzakirə
olunduğunu qeyd edib




O, Türkiyənin Avropa İttifaqına tam üzvlük hədəfində qətiyyətli
olduğunu vurğulayıb.

“Eləcə də strateji hədəf kimi gördüyümüz Avropa İttifaqına tam
üzvlüklə bağlı gözləntilərimizi çatdırdıq. Türkiyənin bu məsələdə
nümayiş etdirdiyi iradənin İttifaq səviyyəsində layiqincə
dəyərləndirilməsi şəraitində, çox qısa zamanda ciddi irəliləyiş
əldə edə biləcəyimizə inanırıq”, – Ərdoğan qeyd edib.