
Bakı. Trend:
Orta dəhlizin inkişafında, ticarətin asanlaşdırılması
fəaliyyətlərində nağd ticarətin rolunu görürük. Son beş ildə,
xüsusilə Qazaxıstanla bu layihələr üzərində sıx işləyirik.
Bunu “Gaztrade”nin icraçı direktoru Aynur Amirbekova bu gün
Bakıda keçirilən Avrasiya Françayzinq Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, Orta Dəhliz üzrə ticarətin asanlaşdırılması
fəaliyyətləri ilə bağlı yol xəritəsi və müvafiq infrastruktur
yaradılıb:
“Bu istiqamətdə analitik məsləhət xidmətləri, sənədləşmə dəstəyi
və sənədlərin ilkin tanınması kimi praktik alətlərimizdən istifadə
etməklə Orta dəhlizdə kağızsız ticarətin inkişafını sürətləndirməyi
planlaşdırırıq. Çünki bu, çox vacibdir”.
İcraçı direktor vurğulayıb ki, digər bir məsələ tranzit və
logistikanın qurulmasıdır:
“Bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edəcəyik. Son üç
gündə həmkarlarımızla nəticələrə nail olmaq üçün necə
işləyəcəyimizi müzakirə edirik. Bildiyiniz kimi, 2028-ci ildə Orta
dəhliz tam açılacaq.
Buna görə də, indidən tərəfdaşlarımız və iştirakçılarımızla
birlikdə idxal, ixrac və tranzit fəaliyyətləri üçün məhsul xəttini
hazırlayırıq. Orta dəhlizin səmərəli və aktiv işləməsi, ticarət
dövriyyəsinin artırılması üçün məhsullar zəruridir. Hal-hazırda iki
ölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarından
artıqdır və biz bunu ikiqat artırmaq istəyirik. Bunun üçün məhsul
xətti vacibdir”.
Aynur Amirbekova eyni zamanda qeyd edib ki, Qazaxıstan
Azərbaycanla kiçik və orta sahibkarlıq subyektlərini beynəlxalq
bazarda təşviq etməyə maraqlıdır:
“Biz ixracın təşviqi fəaliyyətlərini həyata keçirən bir operator
kimi, ixracatçılara həm maliyyə, həm də qeyri-maliyyə dəstəyi
göstəririk. Bu gün Beynəlxalq Françayzinq Forumundayıq.
Azərbaycanla və həmkarlarımızla əməkdaşlıq etmək məqsədilə, burada
AZPROMO, KOBİA və digər ixrac təşkilatları kimi institusional
tərəfdaşlarımız da iştirak edir. Biz onlarla sıx əməkdaşlıq edirik,
çünki regiondakı ilkin markamızı beynəlxalq bazara çıxarmaq
istəyirik. Bu istiqamətdə biz alətlərimizin imkanlarını səfərbər
etməklə kiçik və orta sahibkarlığın sistemli şəkildə
dəstəklənməsini qurmaq və onları dünya bazarına çıxarmaq
istəyirik”.

