Bakı. Trend:
Rumıniya Müdafiə Nazirliyi ABŞ-nin ölkədəki hərbi kontingentinin
azaldılması barədə qərarını gözlənilən addım kimi
qiymətləndirib.
Trend xəbər verir
ki, bu barədə nazirliyin bəyanatında qeyd edilir.
Nazirliyin bəyanatında bildirilir ki, bu qərar ABŞ qüvvələrinin
qlobal yerləşmə strategiyasının yenidən nəzərdən keçirilməsi
çərçivəsində qəbul olunub. Plan çərçivəsində Avropadakı bəzi hərbi
birləşmələrin rotasiyasına son qoyulacaq.
Qeyd olunur ki, bu addım NATO-nun şərq cinahında yerləşən
qüvvələrin ümumi strukturuna təsir etməyəcək. ABŞ hərbçilərinin bir
hissəsi hazırda Rumıniyada yerləşən “Mihail Koqalniçeanu”
aviabazasında xidmət aparır.
Müdafiə Nazirliyi bildirib ki, təxminən min amerikalı hərbçi
Rumıniyada qalacaq və regionda təhlükəsizliyin təmin edilməsinə
töhfə verməyə davam edəcək.

