Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş
əmanətlərin həcmi 96,446 milyon manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 1,4 milyon
manat və ya 1,4% az, 2024-cü ilin oktyabrın 1-nə olan göstərici ilə
müqayisədə isə 11,9 milyon manat və ya 14,1% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin
orta faiz dərəcəsi 5,66%-ə bərabər olub.




Eyni zamanda, 2025-ci ilin oktyabrın 1-nə Şərqi Zəngəzur
iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 835 min manat
olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 17 min
manat, yaxud 2,1% çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş
əmanətlərin orta faiz dərəcəsi 4,73% təşkil edib.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə Azərbaycanın ümumi
regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,795 milyard manat
təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 334,3 milyon manat,
yaxud 2,2%, 2024-cü ilin oktyabrın 1-nə olan göstərici ilə
müqayisədə isə 1,6 milyard milyon manat və ya 11,5% çoxdur.