
Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın
dövretmə sürəti 3,41 bənd təşkil edib.
Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari
ilin sentyabrın 1-i ilə müqayisədə 0,03 bənd və ya 0,9% artıb, ötən
ilin eyni dövrü ilə müqayisədə isə 0,05 bənd və ya 1,4% azalıb.
Belə ki, bu ilin sentyabrın 1-nə manatın dövretmə sürəti 3,38
bənd, ötən ilin oktyabrın 1-nə isə 3,46 bənd təşkil etmişdi.
Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə
sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar
ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu
göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə
alınıb.

