Bakı. Trend:
Fransa hakimiyyəti ölkənin muzey və kilsələrində cinayətlərin
artan təhlükəsi barədə xəbərdarlıq edib.
Trend bu barədə
xarici KİV-ə isitnadən xəbər verir.
RTL-in yerli xüsusi xidmət orqanlarında olan mənbələrindən əldə
etdiyi məlumata əsasən, Luvr muzeyində baş verən hadisədən sonra
qarət təhlükəsi bütün Fransadakı muzeylərə yayılıb. Mütəxəssislər
hesab edirlər ki, xüsusilə qızıl kimi bahalı materiallardan
hazırlanmış sənət əsərləri və dəyərli əşyalar daha çox maraq
doğurur.
“Fransa muzeyləri, kilsələri və şəxsi kolleksiya sahibləri
getdikcə daha çox cinayətlərin hədəfinə çevrilirlər”.
Xatırladaq ki, oktyabrın 19-u səhər saatlarında Luvr muzeyinə
hücum edilib. Quldurlar “Apollon qalereyası”na daxil olaraq doqquz
zərgərlik məmulatını oğurlayıblar. Artıq imperatriçə Evgeniyanın –
III Napaleonun həyat yoldaşının tacı tapılıb, eksponat sındırılmış
vəziyyətdə küçədə aşkar edilib.

