Bakı. Trend:
Yeni lazer sistemlərinin 2029-cu ilə qədər Almaniya Hərbi Dəniz
Qüvvələrinin silahlanmasına daxil edilməsi ehtimal edilir.
Trend-in məlumatına görə, bu barədə Almaniyanı “Rheinmetall AG”
müdafiə şirkəti bildirib.
“Yeni lazer silah sistemi 2029-cu ilə qədər Almaniya Hərbi Dəniz
Qüvvələrinə təhvil verilə bilər. Bu, ənənəvi idarə olunan raketlərə
təsirli və qənaətcil bir əlavə olacaq”, – deyə bildirilib.
Qeyd olunub ki, lazer silahlarının ilk prototipləri Aşağı
Saksoniyanın Meppen şəhərindəki tədqiqat mərkəzində sınaqlardan
uğurla keçi
Almaniya ordusu yeni silahdan pilotsuz uçuş aparatlarını,
sürətli qayıqları və lazım gələrsə, idarə olunan raketləri məhv
etmək üçün istifadə edə biləcək.

