Binəqədidə taxta yığılmış ərazidə yanğın başlayıb – FOTO

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində ilkin məlumata əsasən, taxta yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Binəqədidə taxta yığılmış ərazidə yanğın başlayıb - FOTO

Binəqədidə taxta yığılmış ərazidə yanğın başlayıb - FOTO