“İmişli”nin futbolçusu əməliyyat olunub

Baş səhifə
İmişlinin futbolçusu əməliyyat olunub

Futbolçumuz Vüsal Qənbərov “Kəpəz”lə oyunda aldığı zədə səbəbilə qamış və incik sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub. Əməliyyat uğurla həyata keçirilib, futbolçunun vəziyyəti stabil və qənaətbəxşdir. Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. “İmişli” PFK rəhbərliyi və həkim heyəti onun tezliklə tam bərpa olunaraq meydanlara qayıtması üçün bütün lazımi dəstəyi göstərir.