Ermənistan Avropa İttifaqı ilə vizasız rejim üçün fəaliyyət planı imzalayacaq

Baş səhifə
Ermənistan Avropa İttifaqı ilə vizasız rejim üçün fəaliyyət planı imzalayacaq

Ararat Mirzoyan

Ermənistan və Avropa İttifaqı (Aİ) vizasız rejimin tətbiqinə yol açacaq fəaliyyət planı imzalamağa hazırlaşır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, vizasız sazişə hazırlıq sürətli templə – bir çox digər ölkələrlə olduğundan daha tez irəliləyir.

“Biz artıq yekun mərhələdəyik. Tezliklə razılaşdırılmış fəaliyyət planı imzalayacağıq və onun həyata keçirilməsi Avropa İttifaqı ilə vizasız rejimin əldə olunması üçün əsas şərt olacaq”, – nazir qeyd edib.