Bakı. Trend:
Atlantik okeanında əmələ gələn “Melissa” qasırğası
Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya qədər güclənib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi
xəbər verib.
Məlumata əsasən, qasırğa qərbə 7 km/saat (4,3 mil/saat) sürətlə
hərəkət edir. Sərhədləri daxilində küləyin maksimal sürəti 61
m/saniyəyə (205 mil/saat) çatır.
“Melissa” Yamaykanın Kinqston şəhərindən 195 kilometr
cənub-şərqdədir. Yamayka və Haitinin bəzi yerlərində daşqın və
torpaq sürüşməsi təhlükəsi elan edilib.

