Azərbaycan Basketbol Liqasında IV turun son matçı keçiriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasında IV turun son matçı keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün IV turun son matçı keçiriləcək.

“Report” xəbər verir ki, A qrupunda “Şəki” evdə NTD ilə üz-üzə gələcək.

Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da start götürəcək. “Şəki” qrupda 5-ci, NTD isə sonuncu – 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 3 xalı var.

Qeyd edək ki, əvvəlki matçlarda “Sabah” “Gəncə”ni (87:68), “Lənkəran” “Quba”nı (102:87), “Ordu” “Sumqayıt”ı (116:81), “Abşeron Lions” “Neftçi”ni (100:95), “Naxçıvan” “Sərhədçi”ni (76:69) məğlub edib.