Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var

Baş səhifə
Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var

Ağdaşda ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində “KaMAZ” və “Qazel” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini (şəxsiyyəti dəqiqləşdirilir-red) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.