
Bakı. Trend:
Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində 972 milyon
dollar dəyərində 1,3 milyon ton neft məhsulu idxal edib. Bunun 95,2
min tonunu (66 milyon dollar) Azərbaycandan alıb.
Trend xəbər verir ki, bu
barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib. Qeyd olunub
ki, ümumi idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz
azalıb, həcmi isə 10 faiz artıb. Artımın əsas səbəbi qlobal bazarda
yanacaq qiymətlərinin ilin birinci yarısında əhəmiyyətli dərəcədə
ucuzlaşması olub.
Gürcüstan üçün əsas tədarükçü ölkə bu il də Rusiyadır. Bu
ölkədən 387 milyon dollar dəyərində, 554,6 min ton yanacaq idxal
olunub. Lakin Rusiyadan gətirilən yanacağın dəyəri ötən illə
müqayisədə 3,4 faiz azalıb.
İkinci yerdə Rumıniya qərarlaşıb. Gürcüstan bu ölkədən 183
milyon dollar dəyərində, 242,4 min ton yanacaq alıb ki, bu da 68
faiz artım deməkdir. Bolqarıstandan idxal 13 faiz, Türkiyədən 27
faiz artıb.
Azərbaycandan gətirilən yanacağın həcmi isə 13 faiz azalıb.

