
Bakı. Trend:
Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin
gələcəyi və inkişafı ilə bağlı çox nikbinəm.
Bunu Trend-ə
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda
keçirilən “Avropada təhsil” adlı sərgi çərçivəsində deyib.
O qeyd edib ki, hər iki tərəf konstruktiv dialoqa və
tərəfdaşlığın bundan sonra daha da möhkəmləndiirlməsinə
hədəfləniblər.
“Biz hər birimiz önə baxırıq və Aİ ilə Azərbaycan arasındakı
münasibətlərin yaxşı gələcəyinə ümid bəsləyirik”, -deyə səfir əlavə
edib.
“Avropada təhsil” sərgisinə gəlincə, o bildirib ki, tədbirdə
Avropa İttifaqının 10 üz dövlətindən 30 ali təhsil ocağı, eləcə də
Azərbaycandan ADA və UFAZ iştirak edirlər.
“Biz avropalı universitetlərin öz təhsil proqramlarını təqdim
etmək üçün Bakıya gəlişinə çox şadıq. Avropada təhsil almaq
imkanının azərbaycanlı tələbələrə cəlbedici gələcəyinə ümid
edirik”, -deyə Mariyana Kuyundziç bildirib.

