Azərbaycan süni intellekt sahəsində vaxtında işə başlayıb – Ülvi Mehdiyev

Baş səhifə

Bakı. Trend:

Ləğv edilən iş yerlərində yaradılan yeni işlər həm də yeni
bacarıqlar tələb edəcək.

Trend xəbər
verir ki, bunu Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “SOCGOV
2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq
konfransda deyib.




O bildirib ki, Azərbaycan süni intellekt sahəsində heç
gecikməyib, vaxtında işə başlayıb:

“Bütün bunlar onu göstərir ki, Azərbaycan yeni islahatlara
hazırdır. Bu istiqamətdə uğur qazanmaqda innovasiyaların da böyük
rolu var. Yeni texnologiyalar yeni çağrışlar yaradır. Biz də bu
çağrışlara cavab vermək üçün islahatlar aparmalıyıq. Bizim
məqsədimiz bütün sahələrdə süni intellektin müsbət cəhətlərindən
istifadə etməkdir”- deyə o əlavə edib.