
Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və
kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi
1976,8 milyon manat məbləğində vəsait ayrılacaq.
Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsində kənd
təsərrüfatı bölməsinə aid olan xərclər üzrə 1222,1 milyon manat
məbləğində vəsait nəzərdə tutulub.
Bu da 2025-ci illə müqayisədə 18,3 milyon manat və ya 1,5 faiz,
2024-cü ilin icrası ilə müqayisədə isə 126,4 milyon manat və ya
11,5 faiz çoxdur.

