
Bakı. Trend:
Oktyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları
Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində
aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində
narkotik tərkibli həbin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran
İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə
keçirilməsinin qarşısı alınmışdır.
Trend
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi
məlumat yayıb.
Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən
980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq
götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin
edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri
uğurla davam etdirilir.

