Abşeronda ötən ay karxanada xəsarət alan fəhlə ölüb

Baş səhifə

Abşeronda ötən ay hündürlükdən yıxılaraq xəsarət alan şəxs ölüb.

APA xəbər verir ki, 1992-ci il təvəllüdlü Nurlan Balaqardaşov sentyabrın 28-i Güzdək qəsəbəsinin ərazisində yerləşən daş karxanasında hündürlükdən yıxılıb.

Nurlan Balaqardaşov xəstəxanaya yerləşdirilib, oktyabrın 22-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.