Ötən ay uşaqlara ən çox hansı adlar qoyulub? – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Mart ayı ərzində uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən Trend-in sorğsuauna cavab olaraq bildirilib ki, mart
ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.

Belə ki, ötən ay 99 uşağa bu ad verilib. Qızlara isə ən çox
qoyulana ad Melisa adı olub. Mart ayı ərzində 83 uşağa Melisa adı
qoyulub.




Adlarla bağlı ilk onluq belədir:

Oğlanlar : Uğur (99), Raul(82), Əli(72), Hüseyn(72), Miran(62),
Yusif (55), Murad(48), Ömər(47), Ayaz(47), Fateh(41).

Qızlar: Melisa(83), Aylin(75), Nilay(72), Zəhra(70), İnci(66),
Zeynəb(64), Məryəm(62), Alisa(62), Ayla(62) və Miray(50) adları
qoyulub.