Bakı. Trend:
Yeni Zelandiyada tibb və təhsil sektorunda çalışan işçilərin
ümumilli tətili keçirilir.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, əmək haqqlarının qaldırılması, əmək şəraitinin
yaxşılaşdırılması və hökumətin həmkarlar ittifaqları ilə danışıqlar
aparması tələbi ilə keçirilən etiraz aksiyasında 100 mindən çox
müəllim, tibb bacısı və həkim iştirak edir.
“Ölkənin hökuməti reallıq hissindən uzaqdır və görünən odur ki,
nə həkimlərin və müəllimlərin zəhmətinə, nə də onların özünə dəyər
verir”, – Yeni Zelandiyanın həmkarlar ittifaqları şurasının rəsmisi
Riçard Vaqstaff bildirib.

