
Bakı. Trend:
Azərbaycanda oktyabrın 23-də yağışlı keçəcəyi gözlənilir.
Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı
ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə
əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunubndan 762 mm civə sütununa
enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-70% təşkil
edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman
olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 19-23, dağlarda gecə 3-8,
gündüz 10-15 dərəcə isti olacaq.
Xəbər yenilənəcək

