AMB sədri: “BTB Bank”ın fəaliyyəti ilə bağlı hər hansı bir problem yoxdur

Baş səhifə

“Bank BTB”nin fəaliyyətində dayanıqlılıqla bağlı hər hansı bir problem yoxdur.

APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O bildirib ki, bankın aktivləri sektorun aktivlərinin 1%-dən aşağıdır.

“Son illər apardığımız nəzarət tədbirləri çərçivəsində bankın dayanıqlılığı möhkəmlənib. Bank bütün prudensial tələblərə riayət edir. Bankdakı əmanətləri 96,3%-i sigortalıdır”- AMB sədri əlavə edib.