
Bakı.Trend:
Lənkəranın bəzi ərazilərində qaz kəsiləcək.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Ələt–Astara avtomobil yolu üzərində yerləşən iki
ədəd körpünün yenidən qurulması ilə bağlı olaraq, yolun 197-ci
kilometrində Girdəni çayı üzərində tikilən yeni körpünün inşası
məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Göyşaban və Ürgə
kəndləri, həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində
ümumilikdə 1550 abonentin qaz təchizatının 21.10.2025-ci il tarixdə
saat 9:30-dan işlər yekunlaşana qədər dayandırılması
planlaşdırılır.
Qurumdan əlavə edilib ki, qaz təchizatı avadanlıqlarını
nəzarətdə saxlamanızı və təhlükəsizlik qaydalarına ciddi şəkildə
riayət etməyinizi xahiş edirik.

