Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Unibank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə şəhid və qazi övladları üçün Şirvan şəhərində bayram
şənliyi təşkil edib. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilati
dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi uşaqlara bayram sevinci
bəxş etmək, həmçinin cəmiyyətin həssas qruplarına diqqət və qayğını
artırmaq olub.

Tədbirin əvvəlində uşaqlar Unibank KB rəhbərliyi adından təbrik
edilib, onlara xoş arzular çatdırılıb. Şirvan şəhər İcra
Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva da şəhər
rəhbərliyinin təbriklərini uşaqlara çatdıraraq, onlara uğurlar
arzulayıb.

Tədbir çərçivəsində uşaqlar üçün maliyyə savadlılığı üzrə
maarifləndirici təlim də keçirilib. Təlim zamanı uşaqlara pul,
qənaət və düzgün xərcləmə vərdişləri barədə sadə və maraqlı formada
məlumat verilib, mövzuya uyğun interaktiv oyunlar təşkil
olunub.

Bayram proqramında uşaqlar üçün müxtəlif əyləncəli fəaliyyətlər,
oyunlar və interaktiv proqramlar keçirilib. Sevilən nağıl və cizgi
film personajları tədbirə xüsusi rəng qataraq, uşaqlarla ünsiyyət
qurub, onların bayram sevincini daha da artırıb.




Unibank tərəfindən tədbirdə iştirak edən bütün uşaqlara
hədiyyələr təqdim olunub. Uşaqların valideynləri də tədbirdə
iştirak edərək təşəbbüsü yüksək qiymətləndirib və belə sosial
layihələrin əhəmiyyətini vurğulayıblar.

Unibank sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin
müxtəlif təbəqələrinə dəstək göstərən layihələrin həyata
keçirilməsini davam etdirir.

Unibank- Sənin Bankın!