Avropa İttifaqı Ukraynanın üzvlüyü üçün bəzi modelləri nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ), yeni ölkələrin ilkin mərhələdə tam səs və
veto hüququ olmadan Birliyə daxil olmasını nəzərdən keçirir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu, Macarıstanın vetosununa
baxmayaraq Ukraynanın üzvlük prosesində irəliləyiş əldə olunması
üçün müzakirə edilən modellərdən sadəcə biridir.

Bu təklif oktyabrın 23-də keçiriləcək Aİ sammitində liderlərin
gündəmində olacaq. Lakin mənbələr bildirir ki, həmin mərhələdə “inqilabi” bir qərarın qəbul edilməsi ehtimalı azdır.

Bəzi Aİ ölkələri veto hüququnun mərhələli şəkildə
məhdudlaşdırılmasını və bir çox sahələrdə çoxluq səs sisteminin
tətbiq edilməsini müdafiə edirlər. Lakin bu cür dəyişikliklər
müqavilələrin yenilənməsini tələb etdiyindən bütün üzv ölkələrin
razılığı vaxibdir.

Qeyd edək ki, Ukrayna müharibə başladıqdan sonra 2022-ci il 28
fevralda Aİ-yə üzvlük üçün müraciət edib.
23 iyunda isə Aİ Şurası Ukraynaya namizəd ölkə statusu verib.

2023-cü ilin 14–15 dekabr tarixlərində keçirilən Aİ sammitində
Ukrayna ilə üzvlük danışıqlarının başlanması qərara alınıb, lakin
danışıqlar praktiki olaraq başlamayıb. Bunun əsas səbəblərindən
biri Macarıstanın vetosudur.