
Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi
məlumatlarına əsasən, Rumıniyanın Timiș kantonunda, Macarıstanın
Vaş kantonunda, Xorvatiya Respublikasının Sisaçko-Moslavinska
kantonunda, Mərakeş Krallığının Şərq regionunda blutanq xəstəliyi,
Fransa Respublikasının Burqundiya–Franş-Konte regionunda nodulyar
dermatit xəstəliyi, Fransa Respublikasının O-de-Frans, Pei de la
Luar regionlarında, İraq Respublikasının Neynəvə əyalətində, Litva
Respublikasının Klayped bölgəsində, Almaniya Federativ
Respublikasının Brandenburq vilayətində isə yüksək patogen quş
qripi xəstəliyi qeydə alınıb.
Trend
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) məlumat yayıb.
Bildirilib ki, Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən
qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi
nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda
yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida
Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq
olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük
Komitəsinə müraciət olunub.


