Azərbaycan və Ermənistan arasında sülh prosesinin nizamlanmasında irəliləyiş regionun siyasi-iqtisadi mənzərəsini dəyişməyə imkan verəcək.
Bu barədə “Report”un Avropa bürosuna Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
Bir müddət əvvəl regional turnedən qayıtmış komissarın sözlərinə görə, onilliklər boyu ilk dəfədir ki, region Avropanı və Asiyanı birləşdirən ticarət və nəqliyyat yollarını açmaq üçün real imkan əldə edir.
“Avropadan Çin sərhədlərinə qədər ölkələr bu anın əhəmiyyətini dərk edirlər. Bu gün onların hamısı burada, Lüksemburqda toplaşıblar. Bu, ilk dəfə baş verir”, – M.Kos vurğulayıb.
Məlumat yenilənir
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

