
Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İrlandiyaya
ümumilikdə 174,3 milyon dollar dəyərində 331,6 min ton bitum
süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 63,9 milyon ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımından
isə 157,3 min ton və ya 1,9 dəfər çoxdur.
2024-cü ilin ilk doqquz ayı ərzində Azərbaycandan İrlandiyaya
110,4 milyon dollar dəyərində 174,3 min ton bitum süxurlardan
alınmış neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996
milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları
ixrac olunub.

