
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şirvan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.

