
Bakı. Trend:
Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya
seriyasının final mərhələsi davam edir.
Trend xəbər verir
ki, Azərbaycan millisinin üç idmançısı turnirin yarımfinalına
vəsiqə qazanıb.
Vüsal Əliyev və Sahib Dadaşov (hər ikisi – 80 kq) yarımfinalda
bir-biriləri ilə qarşılaşacaqlar ki, bu da komandamıza ən azı bir
finalçı yerini təmin edir.
Digər təmsilçimiz İbrahim Yusubov (90 kq) isə ABŞ idmançısına
qarşı yarımfinal görüşünə çıxacaq.
Qeyd edək ki, mərhələnin sonunda bütün çəki dərəcələri üzrə
dünya çempionları müəyyənləşəcək.

