Göygöldə ər və həyat yoldaşını avtomobil vurub.
“Report”un Qərb bürosunun məlumatına görə, Göygöl rayonunda 2 nəfəri, 1950-ci il təvəllüdlü N.Mirzəyevi və onun həyat yoldaşını avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərərçəkən xəstəxanaya aparılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

