Yer kürəsində oktyabr ayında üçüncü maqnit qasırğası başlayıb

Baş səhifə

Bakı. Trend:

Alimlərin proqnozlaşdırdığı maqnit qasırğası Yer kürəsində
başlayıb. Bu, oktyabr ayında üçüncü qasırğadır.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası “Telegram” kanalında bildirib.




“Oktyabrın üçüncü maqnit qasırğası başlayıb”, deyə qeyd olunub.
İnstitut qeyd edib ki, artıq oktyabrda iki maqnit qasırğası –
oktyabrın 1-dən 3-dək, digəri isə oktyabrın 12-də baş verib.

Bildirilib ki, Yerin maqnit sahəsinin (gücünün) pozulma dərəcəsi
beş səviyyəli şkalada “G1” səviyyəsinə çatdı, burada G5 “son dərəcə
güclü”, G1 isə “zəif” dərəcədir.