Bakı. Trend:
Kolumbiyada etiraz aksiyasında iştirak edən fəallar ABŞ-nin
Boqota şəhərindəki səfirliyinə oxlarla, pirotextnik materiallarla
və partlayıcı vasitələrlə hücum edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücum zamanı 4 polis yaralanıb. İğtişaş törədən
etirazçılar binaya və polis əməkdaşlarına daşla hücum ediblər.
Boqota meri Qustavo Kintero aksiyada törədilən zorakılığı
pisləyərək, 2025-ci ildə Boqotada 1400-dən çox etiraz aksiyasının
keçirildiyini, lakin onlardan yalnız 4 faizində kütləni dağıtmaq
üçün güc tətbiq olunduğunu bildirib.

